...

Bakıda ağır yol qəzasında sürücü ölüb

Hadisə Materials 14 Avqust 2017 06:01 (UTC +04:00)
Bakı şəhəri, Sabunçu rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib
Bakıda ağır yol qəzasında sürücü ölüb

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1959-cu il təvəllüdlü Əzimov İlham Məmmədqulu oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:15-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti