...

Azərbaycan meşə yanğınlarının söndürülməsinə kömək üçün Gürcüstana helikopter göndərib

Hadisə Materials 21 Avqust 2017 15:53 (UTC +04:00)
Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
Azərbaycan meşə yanğınlarının söndürülməsinə kömək üçün Gürcüstana helikopter göndərib

Bakı. Trend:

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

FHN-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxıb və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti