...

Rusiyadan qeyri-qanuni gətirilən siqaretlər gömrükdə aşkarlanıb

Hadisə Materials 25 Sentyabr 2017 16:04 (UTC +04:00)
Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkar olunub.
Rusiyadan qeyri-qanuni gətirilən siqaretlər gömrükdə aşkarlanıb

Bakı. Trend:

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində olan əl yüklərinin içərisində gömrük nəzarətinə bəyan edilməyən 8600 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti