...

Velosiped oğruları tutulub

Hadisə Materials 29 Sentyabr 2017 12:05 (UTC +04:00)
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində 6 həyətyanı sahədən velosipedlərin oğurlanması barədə müraciət daxil olub.
Velosiped oğruları tutulub

Bakı. Trend:

Sentyabrın 25-də Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində 6 həyətyanı sahədən velosipedlərin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yaradılan əməliyyat qrupu dərhal tədbirlərə başlayıb və tezliklə şübhəlilər müəyyən edilib.

Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əmrah Nağıyev və Zərqələm Ələkbərov saxlanılaraq Polis Bölməsinə gətiriliblər. Tutarlı sübutlar qarşısında onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti