...

Meksikada həbsxanada QİYAM - Azı 13 nəfər ölüb

Hadisə Materials 11 Oktyabr 2017 07:30 (UTC +04:00)
Meksikanın Kadereyta şəhərindəki türmədə baş verən qiyam zamanı azı 13 nəfər ölüb.
Meksikada həbsxanada QİYAM - Azı 13 nəfər ölüb

Bakı. Trend:

Meksikanın Kadereyta şəhərindəki həbsxanada baş verən qiyam zamanı azı 13 nəfər ölüb.

Trend-in məlumatına görə, daha 8 məhbusun vəziyyəti ağırdır.

Daha öncə bir nəfərin öldüyü bildirilirdi.

Qeyd olunur ki, qiyam edən məhbuslar 3 mühafizəçini girov tutublar və uzun bir müddət ərzində onların azadlığa buraxılması barədə danışıqlar aparıblar, lakin bu nəticəsiz olub. Bundan sonra polis məhbuslara qarşı güc tətbiq etmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti