...

Beynəlxalq axtarışda olan iki Azərbaycan vətəndaşı saxlanılıb

Hadisə Materials 18 Oktyabr 2017 16:08 (UTC +04:00)
Beynəlxalq axtarışa verilən iki Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılaraq ölkəmizə ekstradisiya ediliblər.
Beynəlxalq axtarışda olan  iki Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. Trend:

Beynəlxalq axtarışa verilən iki Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılaraq ölkəmizə ekstradisiya ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək İnterpolun Daxili İşlər Nazirliyi Milli Mərkəzi Bürosu (MMB) tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşları Səyyaf Tağıyev və Kamilə İbrahimova Qazaxıstanda saxlanılıb.

Bununla əlaqədar Azərbaycan və Qazaxıstanın tərəfdaş çıxdığı Müstəqil Dövlətlər Birliyinin “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının tələblərinə uyğun olaraq S.Tağıyev və K.İbrahimovanın ölkəmizə ekstradisiyası təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti