...

Satıcı işlədiyi mağazadan 3 il oğurluq etdi - sonunda yaxalandı

Hadisə Materials 20 Oktyabr 2017 13:14 (UTC +04:00)
Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində çalışan Ramiz Həsənov icarədarı olduğu mağazadan oğuruq olması barədə 10-cu Polis Bölməsinə müraciət edib.
Satıcı işlədiyi mağazadan 3 il oğurluq etdi - sonunda yaxalandı

Bakı. Trend:

Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində çalışan Ramiz Həsənov icarədarı olduğu mağazadan oğuruq olması barədə 10-cu Polis Bölməsinə müraciət edib. O, ərizəsində hesabat apararkən 2014-cü ildən cari il oktyabrın 18-dək olan müddətdə mağazadan ümumilkdə 30000 manat dəyərində məişət əşyalarının çatışmadığını bildirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarında oğurluğun mağazada işləyən satıcı tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, sonuncu saxlanılaraq Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onun Mingəçevir şəhər sakini Adil Müzəffərov olduğu məlum olub. Satıcı təqribən 3 il ərzində həmin mağazadan dəmir və misdən hazırlanmış məişət əşyalarını oğurlayıb sataraq pulunu mənimsədiyini etiraf edib.

Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti