...

Paytaxtda gənc oğlanı öldürən şəxs saxlanılıb

Hadisə Materials 27 Noyabr 2017 11:51 (UTC +04:00)
Bakıda gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb.
Paytaxtda gənc oğlanı öldürən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Bakıda gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Xəyal Məmmədovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. O, aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Qasımov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti