...

Şamaxı-İsmayıllı yolu qardan təmizləndi, hərəkət bərpa olundu

Hadisə Materials 8 Dekabr 2017 15:50 (UTC +04:00)
Şamaxı - İsmayıllı avtomobil yolunda avtomobillərin hərəkəti bərpa edilib.
Şamaxı-İsmayıllı yolu qardan təmizləndi, hərəkət bərpa olundu

Bakı. Samir Əli - Trend:

Şamaxı - İsmayıllı avtomobil yolunda avtomobillərin hərəkəti bərpa edilib.

Bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib.

Komissiya sədri qeyd edib ki, qarın yağması nəticəsində yolda müvəqqəti çətinlik yaranıb: "Yolun Basqal-Zərgəran kəndləri yaxınlığından keçən hissəsi buz bağlamışdı. Dərhal aidiyyəti briqadalar hadisə yerinə cəlb olundu, yol buz və qardan təmizləndi. Təkərləri qış mövsümünə hazır olmayan bəzi avtomobillər sürüşərək hərəkətə mane olurdu. Problem tam aradan qaldırılıb, yollara təkrar qum və duz qarışığı səpilib, hərəkət bərpa olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti