...

İntiharçı-terrorçu Polis Akademiyasında özünü partlatdı (YENİLƏNİB)

Hadisə Materials 14 Dekabr 2017 12:29 (UTC +04:00)
İntiharçı-terrorçu Somali paytaxtı Moqadişoda Polis Akademiyasına hücum edib.
İntiharçı-terrorçu Polis Akademiyasında özünü partlatdı (YENİLƏNİB)

İlk xəbər saat 11:23-də yayımlanıb

Bakı. Trend:

İntiharçı-terrorçu Somali paytaxtı Moqadişoda Polis Akademiyasına hücumu nəticəsində öllənlərin sayı artmaqdadır. Trend-in məlumatına görə, təcili tibbi yardımın həkimi akademiyadan 13 nəfərin cəsədinin çıxarıldığını, daha 15 nəfərin isə yaralandığını deyib.

Hücumla bağlı məsuliyyəti ölkədə fəaliyyət göstərən "Əş-Şəbəb" radikal qruplaşması öz üzərinə götürüb.

X X X

İntiharçı-terrorçu Somali paytaxtı Moqadişoda Polis Akademiyasına hücum edib. Trend-in məlumatına görə, hücum nəticəsində azı 3 nəfərin həlak olduğu bildirilir.

Məlumata görə, intiharçı-terrorçu təhsil müəssisəsinə daxil olaraq partlayıçı qurğunu işə salıb.

Ölkə ərazisində mövcud olan terror qruplaşmalarından hələ heç biri insidentlə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə ilə bağlı araşdırmalar başlayıb.

Xəbər lenti

Xəbər lenti