...

Qaradağda 3 otaqlı ev yanıb

Hadisə Materials 28 Yanvar 2018 23:37 (UTC +04:00)

Bakı. Trend:

Qaradağda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ rayonu, Buta Qəsəbəsində ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evin 1 otağı 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti