...

Sərhəddə buyda narkotik maddələr aşkar olundu

Hadisə Materials 30 Yanvar 2018 16:14 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti tərəfindən qanunsuz narkotik maddələr aşkar olunub.
Sərhəddə buyda narkotik maddələr aşkar olundu

Bakı. Samir Əli - Trend:

Dövlət Sərhəd Xidməti tərəfindən qanunsuz narkotik maddələr aşkar olunub.

Qurumdan Trend-ə verilən məlumata görə, yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin sərhəd gö­zətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu isti­qamə­tində sa­hildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) mü­şa­hidə olunub, buya baxış zamanı 1 ədəd bağlamada 980 qram ma­rixu­ana, 1415 qram həşiş aşkar edilib.

Yanvar ayının 26-da daxil olmuş əməliyyat məlumatı əsasında yenə də həmin istiqamətdə sahildən 6,6 mil məsafədə buya bağlan­mış vəziyyətdə qəhvəyi rəngli kisədə salafan materiala bükülmüş 2 ədəd bağlama aşkarlanıb.

Baxış zamanı bağlamalarda 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti