...

İranda Energetika Nazirliyinin binası dünəndən yanır (FOTO)

Hadisə Materials 6 Fevral 2018 13:52 (UTC +04:00)
Tehranda yanğınsöndürənlər İranın Energetika Nazirliyində baş verən yanğının qarşısını almağa çalışır
İranda Energetika Nazirliyinin binası dünəndən yanır (FOTO)

Bakı. Xalid Kazımov Trend:

Tehranda yanğınsöndürənlər İranın Energetika Nazirliyində baş verən yanğının qarşısını almağa çalışırlar.

Trend-in məlumatına görə, ötən gün başlyan yanğının söndürülməsi üçün çoxlu sayda yanğınsöndürən hadisə yerinə cəlb edilib.

Qeyd olunur ki, yanğın binanın zirzəmisində, əsasən arxiv sənədləri yerləşən otaqda başlayıb.

Nazirliyin yaxınlığındakı binalardan çox sayda sakin təxliyə olunub.

Yanğının hansı səbəbdən baş verməsi isə məlum deyil.

Xəbər lenti

Xəbər lenti