...

Goranboyda quyuya düşən şəxs xilas edilib

Hadisə Materials 8 Mart 2018 01:39 (UTC +04:00)
Goranboy rayonunda 1 nəfər quyuya düşərək köməksiz vəziyyətdə qalıb.
Goranboyda quyuya düşən şəxs xilas edilib

Bakı. Trend:

Goranboy rayonunda 1 nəfər quyuya düşərək köməksiz vəziyyətdə qalıb.

Hadisə rayonun Tatarlı kəndində baş verib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı dərinliyi təqribən 12 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti