...

Qəbələdə qoyun oğrusu saxlanılıb

Hadisə Materials 16 Mart 2018 17:14 (UTC +04:00)
Oğurluqda şübhəli bilinən Qəbələ rayonunun Qaradeyin kənd sakini Qəhrəman Əfəndiyev saxlanılıb
Qəbələdə qoyun oğrusu saxlanılıb

Bakı. Trend:

Oğurluqda şübhəli bilinən Qəbələ rayonunun Qaradeyin kənd sakini Qəhrəman Əfəndiyev saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, o, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qəhrəman Əfəndiyev martın 6-na keçən gecə Şəfilli kəndindəki həyətlərin birindən 1 baş qoyun oğurlamaqda şübhəli bilinir.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mart ayı ərzində 4 həyətyanı sahədən 4 baş qoyun oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti