Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Çorum vilayətində 10 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.
Trend-in məlumatına görə, qəza nəticəsində 22 nəfər xəsarət alıb.
Xəsarət alanların hamısının Türkiyə vətəndaşı olduğu deyilir. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında 93 966 yol-nəqliyyat hadisəsi baş verib.