Bakı. Trend:
İsveçrənin Alp dağları silsiləsində əlverişsiz hava şəraiti nəticəsində altı nəfər həlak olub.
Trend-in məlumatına görə, daha 5 nəfərin kritik vəziyyətdə olduğu bildirilir.
Məlumata əsasən, onlar şiddətli donvurmaya məruz qalıb.
Fransa, Almaniya və İtaliya vətəndaşlarından ibarət 14 nəfərlik qrupun Alp dağlarına ötən gün axşam saatlarında gəldiyi bildirilir.
Xilasetmə əməliyyatına 7 vertolyot cəlb olunub.
Fakt üzrə prokurorluq tərəfindən araşdırma aparılır.