Bakı. Trend:
Bakıda artıq çəkili şəxs çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1929-cu il təvəllüdlü, artıq bədən çəkili 1 nəfər yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gələrək vətəndaşa müvafiq köməklik göstərib. Əməliyyat başa çatıb.