...

Siyəzəndə "SHACMAN" aşdı, xəsarət alan var

Hadisə Materials 8 İyun 2018 09:01 (UTC +04:00)
Siyəzən rayonunun Təzəkənd kəndində "SHACMAN" markalı yük avtomobili yol kənarına aşıb.
Siyəzəndə "SHACMAN" aşdı, xəsarət alan var

Bakı. Trend:

Siyəzən rayonunun Təzəkənd kəndində "SHACMAN" markalı yük avtomobili yol kənarına aşıb.

FHN-dən Trend-ə verilən məlumata görə, qəza zamanı sürücü, 1969-cu il təvəllüdlü Məmmədov Seymur Ağaməd oğlu xəsarət alıb və avtomobildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri yaralını müvafiq qaydada avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti