Bakı. Trend:
Bakıda səhər saatlarında yaşayış binasında yanğın faktı qeydə alınıb.
Trend-ə FHN-dən verilən məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd qoruyucu açar və giriş-çıxış kabelləri 6 p.m yanıb.
Məlumata görə, yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Elektrik lövhəsinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.