...

Şam zavodu yanır, bütöv şəhər təxliyə olunur

Hadisə Materials 14 Sentyabr 2018 10:33 (UTC +04:00)
Finlandiyanın cənubundakı Salo şəhərində sakinlərin təxliyəsinə başlanılıb.
Şam zavodu yanır, bütöv şəhər təxliyə olunur

Bakı. Trend:

Finlandiyanın cənubundakı Salo şəhərində sakinlərin təxliyəsinə başlanılıb. Trend-in məlumatına görə, belə bir qərar şəhərdə şam istehsalı zavodunda başlayan yanğınla əlaqədar qəbul edilib.

Ərazisi 10 min kvadrat metr olan zavodda 200 ton parafinin yandığı bildirilir ki, bu da yanğının söndürülməsini çətinləşdirib.

Fövqəladə xidmətin hadisə ilə bağlı verdiyi son məlumata görə, parafin yandığından havada zəhərli qaz kütləsi artıb. Eləcə də ətrafda görmə çətinləşdiyindən yanğınsöndürənlərin işləməsi çətinləşib.

Həlak olan və xəsarət alanlar barədə məlumatın olmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti