...

Stokholma uçan təyyarə məcburi endi - Mühərriki havada alışdı

Hadisə Materials 28 Sentyabr 2018 12:10 (UTC +04:00)
Kiruna-Stokholm marşrutu üzrə hərəkət edən "SAS" aviaşirkətinə məxsus təyyarə Luleo şəhərində məcburi eniş edib.
Stokholma uçan təyyarə məcburi endi - Mühərriki havada alışdı

Bakı. Trend:

Kiruna-Stokholm marşrutu üzrə hərəkət edən "SAS" aviaşirkətinə məxsus təyyarə Luleo şəhərində məcburi eniş edib. Trend-in məlumatına görə, buna səbəb təyyarənin mühərrikinin havada olarkən alışması olub.

Ekipaj dərhal təyyarənin endirilməsi barədə qərar qəbul edib. Təyyarə bir mühərrikin köməyi ilə peşəkarlıqla endirilib. Sərnişinlərdən heç kimin xəsarət almadığı bildirilir.

Aviaşikrət sərnişinlərin reyslərini başqa təyyarə ilə davam edəcəklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti