...

Məhkuma gözyaşardıcı qaz balonu keçirmək istədi (FOTO)

Hadisə Materials 8 Oktyabr 2018 20:14 (UTC +04:00)
15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkuma gözyaşardıcı qaz balonu keçirmək istədi (FOTO)

Bakı. Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələrinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əzizov Qurban Alduz oğluna tanışı Bakı şəhər sakini Abbasov Elşən Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman ayaqqabısının içərisində gizlədilmiş 1 ədəd Ukrayna istehsalı olan “TEPEH-1” markalı gözyaşardıcı qaz balonu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti