...

İmam Xomeyni aeroportunda YANĞIN

Hadisə Materials 31 Oktyabr 2018 13:37 (UTC +04:00)
İranda İmam Xomeyni aeroportunda sıradan çıxmış bir təyyarədə naməlum səbəbdən yanğın baş verib.
İmam Xomeyni aeroportunda YANĞIN

Bakı. Elnur Bağışov - Trend:

İranda İmam Xomeyni aeroportunda sıradan çıxmış bir təyyarədə naməlum səbəbdən yanğın baş verib.

Trend-in məlumatına görə, "Mahan" Hava Yolları Şirkətinə məxsus sıradan çıxmış bir təyyarə alışıb.

İmam Xomeyni aeroportunun İctimai əlaqələr şöbəsinin müdiri Əli Kaşani bildirib ki, aeroportun yanğınsöndürmə xidməti dərhal müdaxilə edib, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Onun sözlərinə görə, avireyslərin həyata keçirilməsində hər hansı problem yaranmayıb və uçuşlar vaxtında yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti