Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bəxtiyar Qayıbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə B.Qayıbov 11 il azadlıqdan məhrum edilib.
İttihama görə, bu il fevralın 16-da axşam saatlarında Nərimanov rayonu ərazisində küçədə B.Qayıbov iş adamı Mehman Alməmmədova basqın edərək içərisində 119 min manat olan çantanı götürüb qaçıb. Hadisədən sonra o, saxlanılıb.