...

Ötən gün yol qəzalarında 2 piyada ölüb, 1-i xəsarət alıb

Hadisə Materials 20 Dekabr 2018 15:11 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ötən gün yol qəzalarında 3 piyada ölüb.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 19-da saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Mais Ərzimanov idarə etdiyi “VAZ-2110” markalı avtomobillə yolu keçən paytaxt sakini Məhəbbət Məmmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Dekabrın 19-da saat 21 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Dimitri Dadaşov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəlal Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Dekabrın 19-da saat 18 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Qəzənfər Qələndərov vurulub və nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2104” markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini Elmurad Bayramov saxlanılıb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti