...

Axtarışda olan 7 nəfər saxlanılıb

Hadisə Materials 23 Yanvar 2019 20:36 (UTC +04:00)
Saxlanılan şəxslər müxtəlif cinayətlərdə ittiham edilir
Axtarışda olan 7 nəfər saxlanılıb

Bakı. Trend:

Axtarışda olan 7 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək), 144-3 (İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Arzu Tağıyev, Sahib Tağıyev və B.Tağıyeva, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Məhərrəm Bayramov saxlanılıblar.

Qəbələ RPŞ və İsmayıllı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Mais Mücidov saxlanılıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarınhın keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğuruq) maddəsi ilə axtarışda olan Məhəmməd Muradov və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Zaur Əliyev saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti