...

Brend saat gətirmək adı ilə Bakıda qadını aldadan Türkiyə vətəndaşı sonunda...

Hadisə Materials 4 Mart 2019 19:29 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Tahsin Çalışqanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə çıxış edən zərərçəkmiş Esmira Qənizadə T.Çalışqana daha ağır cəza verilməsini tələb edib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses martın 18-dək təxirə salınıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı T.Çalışqan Esmira Qənizadəyə onun üçün Türkiyədən Azərbaycana brend saat firmasının mallarını gətirəcəyini vəd verərək ondan 58 min manat pul alıb. Daha sonra T.Çalışqan verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin şikayəti əsasında saxlanılan T.Çalışqan barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, E.Qənizadə uzun müddət Xətai rayon Qeydiyyat şöbəsinin rəisi olub. I dərəcəli ədliyyə qulluqçusudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti