...

Göygöl rayonunda 31 yaşlı qadın dağdan yıxılaraq ölüb

Hadisə Materials 26 Aprel 2019 18:54 (UTC +04:00)
Onun meyiti çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil verilib.
Göygöl rayonunda 31 yaşlı qadın dağdan yıxılaraq ölüb

Bakı. Trend:

Göygöl rayonunda 31 yaşlı qadın dağdan yıxılaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Göygöl rayonunda dağlıq ərazidə yüksəklikdən yıxılan 1988-ci il təvəllüdlü Yusifova Aygün Xaliq qızının meyitinin çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri A.Yusifovanın meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti