...

Bakıda su borusu partladı - Mərkəzi küçəni su basdı

Hadisə Materials 14 May 2019 16:01 (UTC +04:00)
Bakıda su borusunun partlaması nəticəsində mərkəzi küçələrdən birini su basıb.
Bakıda su borusu partladı - Mərkəzi küçəni su basdı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda su borusunun partlaması nəticəsində mərkəzi küçələrdən birini su basıb.

Trend-in məlumatına görə, hadisə Rəşid Behbudov küçəsində baş verib.

"Azərsu" ASC-dən Trend-ə bildirilib ki, adıçəkilən küçədə 500 mm-lik su borusu partlayıb:

"Hazırda hadisə baş verən yerə ASC-nin qəza xidməti cəlb olunub, borunun bərpası üzrə işlər aparılır".

Qeyd edək ki, hadisə ilə bağlı ətraf ərazilərə suyun verilişində fasilə yaranıb. Borudakı nasazlıq aradan qaldırıdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti