Bakı. Trend:
Şəmkirdə yanğın qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Qapanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.