...

Bərdədə 3 otaqlı ev yanıb

Hadisə Materials 16 İyun 2019 03:50 (UTC +04:00)
Bərdə rayonunda 3 otaqlı ev yanıb
Bərdədə 3 otaqlı ev yanıb

Bakı. Trend:

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Əmirli kəndində ümumi sahəsi 162 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 134 m² sahədə və evin zirzəmisindəki qarajın içərisində "VAZ " markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti