...

İran vətəndaşı Azərbaycana kapuçinonun içərisində narkotik keçirmək istədi

Hadisə Materials 21 İyun 2019 14:09 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikası vətəndaşının İran İslam Respublikasından narkotik maddə əldə edərək Azərbaycana Respublikasına gətirəcəyi barədə əməliyyat məlumatı daxil olub.
İran vətəndaşı Azərbaycana kapuçinonun içərisində narkotik keçirmək istədi

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikası vətəndaşının İran İslam Respublikasından narkotik maddə əldə edərək Azərbaycana Respublikasına gətirəcəyi barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn həmin şəxs saxlanılıb. Gömrük nəzarəti zamanı onun təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torba və 1 ədəd orta həcmli çantadakı yüklər yoxlanılıb. Bu zaman həmin çantalarda 6 ədəd üzərində "Tora Bıka cappuccıno" yazılı paketlərin hər birinin içərisində yerləşdirilməklə gömrük nəzarətindən gizlədilmiş, ümumi xalis çəkisi 244,035 qram olan narkotik vasitə - heroin, eləcə də müxtəlif ərzaq məhsullarının qablaşdırıldığı 5 ədəd paketin içərisindən isə ümumi xalis çəkisi 484,153 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti