...

Nardaranda qəsəbə sakini avtomobillə vurulub

Hadisə Materials 24 İyun 2019 17:42 (UTC +04:00)
Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Nardaranda qəsəbə sakini avtomobillə vurulub

Bakı. Trend:

Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 23-də saat 21 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Rəhimli idarə etdiyi “VAZ-2108” markalı avtomobillə yolu keçən qəsəbə sakini Muradəli Əliyevi vurub. M.Əliyev hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti