...

Bakıda körpüyə çıxaraq intihara cəhd edənlərlə bağlı FHN-in məlumatı

Hadisə Materials 30 İyul 2019 13:16 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
Bakıda körpüyə çıxaraq intihara cəhd edənlərlə bağlı FHN-in məlumatı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti