...

Ümid qəsəbəsində avtomobil piyadanı vurub öldürdü

Hadisə Materials 18 Sentyabr 2019 19:19 (UTC +04:00)
Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ümid qəsəbəsində avtomobil piyadanı vurub öldürdü

Bakı. Trend:

Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də saat 4 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Gəncə şəhər sakini R.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Namiq Əmiraslanov olması müəyyən edilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti