...

Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Hadisə Materials 21 Sentyabr 2019 16:31 (UTC +04:00)
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Toyota-Camry" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı şifahi sorğu-sual olunub.
Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Toyota-Camry" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə minik maşınının baqajının sağ və sol tərəflərində 29 ədəd üzərində "AirPods" yazılan qulaqlıq, 3 ədəd üzərində "Samsung Gear S3 frontier" və 4 ədəd üzərində "Samsung Galaxy Watch" yazılan saatlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti