...

DİN Bakıda baş verən qətllə bağlı məlumat yayıb

Hadisə Materials 7 Oktyabr 2019 13:06 (UTC +04:00)
Bakıda baş verən qətllə bağlı rəsmi məlumat yayılıb.
DİN Bakıda baş verən qətllə bağlı məlumat yayıb

Bakı. Samir Əli - Trend:

Bakıda baş verən qətllə bağlı rəsmi məlumat yayılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini N.Məmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirilib.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti