Bakı. Samir Əli - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bunu Trend-ə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub.
“Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.