...

Bakıda qadını döyərək xuliqanlıq edən şəxs saxlanılıb

Hadisə Materials 6 Dekabr 2019 17:02 (UTC +04:00)
Bakıda xuliqanlıq törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb.
Bakıda qadını döyərək xuliqanlıq edən şəxs saxlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda xuliqanlıq törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, “102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində “KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə oturub getməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.

Xuliqanlığı törətməkdə şübhəli bilinən E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti