...

Tovuzda restoran yandı

Hadisə Materials 11 Dekabr 2019 16:34 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə rayon sakini Elxan Paşayevə məxsus restoranda qeydə alınıb.

Restoranda otaqların birində baş verən qısaqapanma nəticəsində baş verən yanğın tez bir zamanda genişlənib. Alov restoranın dam örtüyünü bürüdüyündən yanğının qarşısını almaq çətinləşib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti