...

Bakıda marşrut avtobusu qəzaya uğradı, 6 nəfər xəstəxanaya yerləşdirildi (VIDEO)

Hadisə Materials 14 Dekabr 2019 10:56 (UTC +04:00)
Bakıda daha bir marşrut avtobusu qəzaya uğrayıb.
Bakıda marşrut avtobusu qəzaya uğradı, 6 nəfər xəstəxanaya yerləşdirildi (VIDEO)

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir marşrut avtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili göndərilib. Qəzadan 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazımi yardım göstərilib, müalicələri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti