...

Şirvanda ər arvadını yataq otağında amansızcasına qətlə yetirdi

Hadisə Materials 27 Fevral 2020 09:20 (UTC +04:00)
Şirvan rayonunda dəhşətli qətl hadisəsi olub.
Şirvanda ər arvadını yataq otağında amansızcasına qətlə yetirdi

Bakı. Samir Əli - Trend:

Şirvan rayonunda dəhşətli qətl hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə rayonun Cənub Sənaye Qovşağının inzibati binasında qeydə alınıb.

Şirvan şəhərində məskunlaşan Ağdam rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında boğub, daha sonra onu bıçaqla qətlə yetirib.

Qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına yerləşdirilib. Sahib Nağıyev isə qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti