...

Xuliqanlıq edən Salyan sakini saxlanıldı

Hadisə Materials 24 Mart 2020 16:43 (UTC +04:00)
Martın 23-də Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini xuliqanlıq zəminində Yardımlı rayon sakini Ə.Şükürlünü döymüş və ov tüfəngindən havaya 2 dəfə atəş açıb.
Xuliqanlıq edən Salyan sakini saxlanıldı

Bakı. Trend:

Martın 23-də Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini xuliqanlıq zəminində Yardımlı rayon sakini Ə.Şükürlünü döymüş və ov tüfəngindən havaya 2 dəfə atəş açıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Cəfərov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan, nömrəsi silinmiş ov tüfəngi ondan götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti