...

Ağcabədidə yeniyetmələr arasında bıçaqlanma olub

Hadisə Materials 10 Aprel 2020 09:55 (UTC +04:00)
Ağcəbədi rayonunda yeniyetmə oğlan bıçaqlanıb.
Ağcabədidə yeniyetmələr arasında bıçaqlanma olub

Bakı. Samir Əli - Trend:

Ağcəbədi rayonunda yeniyetmə oğlan bıçaqlanıb.

Trend-in məlumatına görə, rayonun Üzeyir Hacıbəyli prospektində rayon sakini 2003-cü il təvəllüdlü Kamil İsmayılov münaqişə zəminində tanışı, 2003-cü il təvəllüdlü Sənan Rüstəmova bıçaqla bir neçə zərbə vurub.

S.Rüstəmov küçədə olanların köməyi ilə xəstəxanaya çatdırılıb. Ağcabədi rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.İsmayılov saxlanılıb.

Faktla bağlı Ağcəbədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti