DSX: 115 kq narkotik vasitənin və odlu silahların ölkəyə keçirilməsinin qarşısı alındı (FOTO)

DSX: 115 kq narkotik vasitənin və odlu silahların ölkəyə keçirilməsinin qarşısı alındı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, 04 may tarixində 115 kq narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

Saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində boz rəngli VAZ-2107 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərəkətini nəzarətdə saxlayıb, ağacın altından bir neçə bağlama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd naryadı ona “dayan” əmri verib. Lakin həmin şəxs əmrə tabe olmayıb, sərhəd naryadına qarşı müqavimət göstərməsinə və hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıb.

Onun saxlanılmasını görən VAZ-2107 markalı avtomobilinin sürücüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək onların həyatına sui-qəsd edib və hadisə yerindən uzaqlaşıb. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib, hazırda saxlanılması üzrə əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Saxlanılmış şəxsin 1970-ci il təvəllüdlü, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan, Rusiya Federasiyasının vətəndaşı Mehtiyev Şükür Əsgər oğlu olması müəyyənləşdirilib, onun avtomobilə daşıdığı və ağacın altında qalan bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və metafetamin növündə narkotik vasitələr, 1 ədəd 9 mm kalibrli “PAK RETAY-11” markalı tapança, 8 ədəd 9 mm kalibrli güllə, 1 ədəd daraq, 1 ədəd 12 kalibrli "Kral maqnium" markalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan "Mahama" markalı güllə aşkar olunub.

Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb, cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Dövlət Komitəsinin strukturunda dəyişiklik - Bir neçə sektor ləğv edildi
Dövlət Komitəsinin strukturunda dəyişiklik - Bir neçə sektor ləğv edildi
Nəticələrindən narazı qalan şagirdlər fevralda apelyasiya ilə məktəbə müraciət edə biləcəklər
Nəticələrindən narazı qalan şagirdlər fevralda apelyasiya ilə məktəbə müraciət edə biləcəklər
Bakıda zibil qutusundan doğranmış qadın meyiti tapıldı
Bakıda zibil qutusundan doğranmış qadın meyiti tapıldı
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik
İranda gün ərzində 91 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu
Azərbaycan Prezidenti: Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim
Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib
Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır!
Prezident İlham Əliyev: O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, Şuşanı satan birinci o olmuşdur
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi nə qədər öz xalqından gizlətsə də, Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib
Azərbaycan Prezidenti: Əgər ermənilər Şuşanı öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar?
Azərbaycan XİN Fərman İsmayılovun nəşinin ölkəyə gətirilməsinə görə Türkiyəyə minnətdarlıq edib
Prezident İlham Əliyev: Şuşa erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi
Prezident İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edib (FOTO) (YENİLƏNİB)
Restorandan oğurluq edən gənclər saxlanılıb (FOTO)
Rusiyada hərbi hissənin damı çökdü - Yaralılar var
Siqaretlə bağlı aksiz dərəcəsi niyə artırılır? - Komitə sədrindən AÇIQLAMA
Pandemiya gənclərin internet asılılığını artırıb - Sorğu
Qusarda karantin qaydalarını pozan kafe aşkarlanıb
Cəlilabad sakinlərindən heroin və “beşbarmaq” götürülüb
" Yəşim - Çin daşların padşahıdır": Çin mədəniyyəti üzrə dərs
Sabah rayonlarda qar gözlənilir
Dünyada hər gün 3,5 milyon nəfər peyvəndlənir
Dövlət Komitəsinin strukturunda dəyişiklik - Bir neçə sektor ləğv edildi
Gəncədə ermənilərin dağıtdığı məktəblərdə tədris necə davam edəcək?
Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam
Qeyri-neft sektoru üzrə ötən il qeydə alınan vergi daxilolmaları ən yüksək göstəricidir - Nazir
Məktəblərdə dərslər iyunun 14-də başa çatacaq - Nazirlik
Britaniya şirkətləri Qarabağda yenidənqurma işlərinə qatılmaqda maraqlıdır - Səfir
“Azpetrol” şirkəti xeyriyyə tədbiri keçirib
“SOCAR Türkiyə Ar-Ge” ilə ODTÜ plastik tullantıları təkrar emal edəcək (FOTO)
Məktəblərdə bufet olmayacaq
Azərbaycanla Fransa arasında münasibətlərin inkişafı davam edəcək - Dövlət katibi
Nəticələrindən narazı qalan şagirdlər fevralda apelyasiya ilə məktəbə müraciət edə biləcəklər
Məktəblər açıdıqdan sonra 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa... - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda ətin və meyvə-tərəvəzin qiyməti ucuzlaşacaq - Proqnoz
Rusiyada son sutkada 600-ə yaxın şəxs koronavirusun qurbanı olub
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədidə filialı açılıb
Bakıda zibil qutusundan doğranmış qadın meyiti tapıldı
Təhsil Nazirliyi yaşı 60-dan çox olan müəllimlərin vaksinasiyası barədə məlumata münasibət bildirdi
Baş Prokurorluq dəm qazından qorunmaq üçün videoçarx hazırladı
Məktəblərdə yoluxmaya qarşı görüləcək tədbirlər açıqlanıb
Müəllimlərin dərs yükü artmayacaq - Nazirlik
Bakı Ali Neft Məktəbinin layihəsi “Elm-Təhsil-Sənaye” qrant müsabiqəsinin qalibi olub
Şamaxıda karantini pozan çayxana aşkar edilib (VİDEO)
Yeni nazir kollektivə təqdim olunub
İndoneziyanın ən fəal vulkanı püskürməyə başlayıb
Məktəblərdə daimi monitorinq aparılacaq - Təhsil Nazirliyi
Qobustanda dəm qazından zəhərlənən 6 nəfər evə buraxılıb
Məktəblərdə istilik problemi yoxdur - BŞTİ müdiri
Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!
Fransa Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırmaq üçün maneə görmür - Dövlət katibi (ƏLAVƏ OLUNUB)
Şagirdlər imtahana stress kimi baxırlar - Təhsil Nazirliyi
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
Erməni təcavüzü nəticəsində dağılmış evlərin bərpasına start verildi - Trend TV-nin Bərdə və Tərtərdən REPORTAJI
Sumqayıtda binalardan 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıb (FOTO/VİDEO)
Fərman İsmayılovun nəşi Bakıya gətirildi (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
AŞ PA Bürosu erməni hərbi əsirlərin qaytarılması məsələsini müzakirəyə qəbul etməyib
UEFA Avropa çempionatının keçiriləcəyi şəhərləri dəyişməyəcək - Bakı siyahıda qalır
IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib (FOTO)
Bakı aeroportunda qadının çantasından ən təhlükəli narkotik çıxdı - Daha bir neçə qadın saxlanıldı (VİDEO)
Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb (ƏLAVƏ OLUNUB)
Bakıda karantin qaydalarını pozan şirniyyat sexi aşkarlandı (FOTO/VİDEO)
İranla sərhəd xətti minalardan təmizlənir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı qanun layihəsini ratifikasiya edib
Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir (VİDEO)
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamdakı abidələrlə bağlı monitorinqlər qismən aparılıb - Tədqiqatçı
Azərbaycanda qızıl ucuzlaşıb
Qanunsuz silah saxlayan şəxs tutulub
Deputat seçicilərin qaldırdığı bir sıra vacib məsələlərin həllinə nail olub (FOTO)
Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub
Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi (FOTO/VİDEO)
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
Ötən gün cinayət törədən 55 nəfər saxlanılıb
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
Fərman İsmayılovun nəşi Bakıya yola salınıb
Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN
“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün (FOTO)
İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları – ŞƏRH
Yanvarın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Peyvənd olunan şəxslərin vəziyyəti necədir? - Trend TV-nin poliklinikadan süjeti
Perunun paytaxtı və ölkənin doqquz bölgəsində karantin rejimi tətbiq ediləcək
AŞPA Katibliyinə ilk dəfə qadın rəhbərlik edəcək
Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq
Gürcüstan xarici işlər naziri koronavirusa yoluxdu
Niderlandın paytaxtında etirazlar keçirilib
Yaponiyada məktəb avtobusu qəzaya uğrayıb
Napoleonun imzası 1 milyon avroya satışa çıxarıla bilər
"İnter" futbol klubu "Milan"ı məğlub edərək İtaliya Kubokunun yarımfinalına yüksəldi
ANAMA cəbhəboyu ərazilərdə 246 ədəd partlamamış hərbi sursat və 396 ədəd mina zərərsizləşdirib (FOTO)
"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək
Dünyada 100 milyondan çox insan koronavirusa yoluxub
Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 8 108 nəfər sağalıb
Şəmkirdə anbar yanıb
XİN: Ermənistan nümayəndə heyətinin AŞPA-nın qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
Bütün xəbərlər