...

Bakıda yeniyetmə qıza qarşı xuliqanlıq edənlər saxlanıldı (VİDEO)

Hadisə Materials 16 May 2020 11:38 (UTC +04:00)
Bakıda yeniyetmə qıza qarşı quldurluq edən dəstə yaxalanıb.
Bakıda yeniyetmə qıza qarşı xuliqanlıq edənlər saxlanıldı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Bakıda yeniyetmə qıza qarşı quldurluq edən dəstə yaxalanıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, sosial şəbəkələrdə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri ilə müşayət olunan videogörüntülər tam və hərtərəfli araşdırılıb: "Mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində 16 yaşlı Z.Musayevanı naməlum şəxslər xüliqanlıq zəminində döyüblər. Həmin görüntülər onlara məxsus “İnstagram” hesablarında onlayn formada yayımlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinənlər – İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakinləri, 2001-ci il təvəllüdlü Günel Qədirli, 2002-ci təvəllüdlülər – Lalə Məmmədova, Astara rayon sakini Safiya Quliyeva müəyyən olunub.

Onlar ilkin ifadələrində törətdikləri əməli etiraf edərək peşman olduqlarını bildiriblər".

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsilə cinayət işi açılıb. Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti