...

Bakıda qanunsuz narkotik istifadəçisi həbs olundu

Hadisə Materials 7 İyul 2020 17:53 (UTC +04:00)
Paytaxtın Suraxanı rayonunda narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
Bakıda qanunsuz narkotik istifadəçisi həbs olundu

Bakı. Samir Əli - Trend:

Paytaxtın Suraxanı rayonunda narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı rayon sakini Rəhman Yusifov ətrafında aparılan araşdırmalarla və ondan götürülən bioloji nümunələrlə onun qanunsuz narkotik istifadəçisi olması aşkarlanıb.

Onun barəsində toplanmış matereallar rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə R.Yusifov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 60 gün inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti