...

DSMF-nin rüşvət alan əməkdaşının həbs müddəti uzadıldı

Hadisə Materials 25 Avqust 2020 11:46 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Binəqədi rayon Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin sabiq baş mühasibi, rüşvətə görə həbs edilən Pərviz İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimata baxılıb.

Trend-in məlumatına görə, hakim Fərid Əmrəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə P. İsgəndərovun həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və P. İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti