Bakı. Trend:
Şəki şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 40 m² olan birmərtəbəli evin dam örtüyü 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi və ev əşyaları qismən yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.